Diaspor

Haaqada Azərbaycanı reklam edən tramvay üç ay dolaşacaq

Haaqada Azərbaycanı reklam edən tramvay üç ay dolaşacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 31-dən başlayaraq üzərində Azərbaycanın və Qarabağın gözəl guşələrinin, Şuşa, Ağdam şəhərlərinin reklamı yapışdırılmış 16 nömrəli tramvay Niderland Krallığının ikinci adminstrativ paytaxtı olan Haaqa (Den Haaq) şəhərində 3 aylıq (iyun, iyul, avqust) reysə çıxıb.

Bu reklam aksiyasını “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirir.

 

Məsələ ilə bağlı  “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Maisə Ağamirzəyeva məlumat verib.

 

“16 nömrəli tramvay Haaqa şəhərinin demək olar çox hissəsindən, xüsusilə də turistlərin çox olduğu mərkəz, Parlament binası, Sülh sarayı, mərkəzi qatar vağzalı olan küçələrdən, eləcə də yayda insanların daha çox axın etdiyi çimərliklərdən keçəcək.

Hazırda Niderlandda koronavirus vaksinasiyalarının sürətli getməsilə əlaqədar böyük yumşalmalar olub və hər yer, o cümlədən çimərlik də açılıb.

Reklam şəkillərində Azərbaycanımızın gözəl guşələri turistlərin və yerli əhalinin diqqətinə çatdırılır, maraqlananlara QR kodu ilə ətraflı məlumat almaları üçün şərait yaradılıb.

 

Düşünürəm ki, müharibə bitdikdən sonra artıq Azərbaycanı mədəniyyətinə, turizminə görə tanıtmalıyıq. 2 gün öncə də birliyimizin təşəbbüsü ilə belə bir reklam Niderlandın ən böyük qəzetlərindən biri olan AD ( Algemeen Blad) qəzetində çap edilmişdi”.

 

Diasporpress.az