Dünya

Gürcüstanın Ukraynadakı səfiri Kiyevə dönüb

Gürcüstanın Ukraynadakı səfiri Kiyevə dönübbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın Ukraynadakı səfiri Teymuraz Şaraşenidze Kiyevə dönüb.

Bu barədə Ukraynanın Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, diplomatın geri dönməsi barədə razılıq aprelin 15-də Gürcüstan və Ukrayna prezidentləri arasında baş tutan telefon danışığı zamanı əldə olunub.

T.Şaraşenidzenin aprelin 21-də Ukraynaya qayıtdığı və xarici işlər nazirinin müavini Vasili Bodnar ilə görüşdüyü qeyd olunub. Görüşdə tərəflər Ukrayna və Gürcüstan arasında əlaqələrin inkişafının intensivləşdirilməsinə dair hazırlıq ifadə ediblər.

Xatırladaq ki, Gürcüstan səfiri ötən ilin mayında Mixeil Saakaşvilinin Ukraynanın İslahatlar üzrə Milli Şurasının İcraiyyə Komitəsinin rəhbəri vəzifəsinə təyin olunandan sonra geri çağırılmışdı.

 

 

Diasporpress.az