Gürcüstanın ədliyyə naziri azərbaycanlılarla görüşüb

Gürcüstanın ədliyyə naziri Tea Tsulukiani azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonuna səfər edib.

Gürcüstanın ədliyyə naziri azərbaycanlılarla görüşübbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın ədliyyə naziri Tea Tsulukiani azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonuna səfər edib.

DiasporPress.az xəbər verir ki, nazir səfər çərçivəsində rayonun Qaçağan kəndində inşa olunan ictimai mərkəzə baş çəkib.

T.Tsulukiani inşaat işləri ilə tanış olub. İctimai mərkəzin ilin sonuna qədər açılması nəzərdə tutulub.

Nazir bildirib ki, etnik azlıqların məskunlaşdığı böyük kəndlərdə ictimai mərkəzlərin tikilməsi əsas prioritetlərdən biridir.

Ədliyyə Nazirliyinin məlumatına əsasən, ictimai mərkəz Qaçağan və altı qonşu kənd – Təkəli, Xancığazlı, Ağməmmədli, Qasımlı, Ulaşlı, Kirəç Muğanlının 20 minə yaxın sakininə xidmət göstərəcək. Vətəndaşlar mərkəzdə rahat şəraitdə dövlət və özəl sektorlar üzrə 200-dən çox xidmətdən yararlana biləcəklər.

İctimai mərkəz həmçinin müasir kitabxana və konfrans zalla da təmin ediləcək.

 

DiasporPress.az