Diaspor

Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin rəsmiləri DİDK-də olub

Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin rəsmiləri DİDK-də olubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın Azərbaycandakı fövqəladəsəlahiyyətli səfiri Zurab Pataradze Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşaxmadzenin rəhbərlik etdiyi nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsində olub. Qonaqları salamladıqdan sonra Komitə sədrinin  birinci müavini Valeh HacıyevKomitənin fəaliyyət istiqamətləri, dövlətimizin yürütdüyü tolerantlıq siyasəti,  ölkəmizdə yaşayan etnik və dini icmalar arasındamöhkəm dostluq və qardaşlıq münasibətləri barədə məlumat verib.

Komitə rəsmisi bildirib ki, Azərbaycan və Gürcüstan arasında həmişə dostluq və mehriban qonşuluq münasibətləri olub və hazırda Azərbaycan-Gürcüstan münasibətləri ortaq strateji maraqlara söykənir.

Qeyd olunub ki, Azərbaycanda başqa xalqlara və dinlərə hər zaman sayğı ilə yanaşılıb, ölkəmiz hər zaman sivilizasiyalararası dialoqun, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması istiqamətində var gücü ilə çalışıb.

Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşaxmadze xoş və səmimi qarşılanmaya görə Komitə rəsmilərinə təşəkkür edib, GürcüstanınAzərbaycanın ərazi bütövlüyünü həmişə dəstəklədiyinibildirib. Daha sonra Zaza Vaşaxmadze Gürcüstandövlətinin yürütdüyü din siyasəti və dövlət tərəfindənetnik və dini icmalara göstərilən dəstək barədə ətraflı məlumat verib. Agentlik sədri Gürcüstanda da bütün konfessiyaların birgə mövcudluğu üçün yaxşı şərait olduğunu, Gürcüstanda yaşayan çoxsaylı azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiya etməsi üçün hər cür imkanın yaradıldığını bildirib.

Daha sonra Azərbaycanda yaşayan etnik gürcülərin milli adət-ənənələrinin, eləcə də,  milli kimliklərinin  qorunması ilə bağlı məsələlər müzakirə edilib, təkliflər səsləndirilib.

Görüşün sonunda hər iki tərəf bir-birinə xatirə hədiyyəsi təqdim edib birlikdə  şəkil çəkdiriblər.