Gürcüstan baş naziri Georgi Qaxariya istefa verib.
Diasporpress.az yerli KİV-ə istinadən xəbər verir ki, hökumət başçısı bu addımı öz komandası ilə fikir ayrılığı fonunda atıb. Qaxariya müxalif “Vahid Milli Hərəkat” partiyasının liderlərindən olan deputat Nik Meliyanın həbsinin istefasına təsir edən amil olduğunu qeyd edib.
BÜNYAMİN BÜNYADZADƏ
Diasporpress.az