Gürcüstanda tikintidən yıxılan Azərbaycan vətəndaşı ölüb

Gürcüstanın Kutaisi şəhərində oktyabrın 27-də tikilməkdə olan binanın dördüncü mərtəbəsindən yıxılaraq ağır xəsarətlər alan Azərbaycan vətəndaşı xəsətəxanada vəfat edib. 

Gürcüstanda tikintidən yıxılan Azərbaycan vətəndaşı ölübbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın Kutaisi şəhərində oktyabrın 27-də tikilməkdə olan binanın dördüncü mərtəbəsindən yıxılaraq ağır xəsarətlər alan Azərbaycan vətəndaşı xəsətəxanada vəfat edib.

DiasporPress.az xəbər verir ki, bu barədə Kutaisi Referal Xəstəxanasından bildirilib.

Baş həkim İrakli Qoqinava deyib ki, pasiyent xəstəxanaya gətirilən zaman olduqca ağır vəziyyətdə olub: “Xəstədə bütün sümüklərin qırılması qeydə alınmışdı. Təəssüflər olsun ki, onun həyatını xilas etmək mümkün olmadı”.

Qeyd edək ki, Kutaisidəki tikinti obyektində baş verən insidentlə bağlı cinayət işi açılıb, istintaq aparılır.

Azərbaycan vətəndaşı tikintidə çalışıb. Onun ehtiyatsızlıqdan yıxıldığı bildirilir.

 

DiasporPress.az