Diaspor

Gürcüstanda “Soydaş” Gənclər Forumu keçirildi – FOTOLAR

Gürcüstanda “Soydaş” Gənclər Forumu keçirildi – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə Gürcüstanda “SOYDAŞ” Gənclər Forumu keçirilib.

Foruma qatılmaq üçün Azərbaycandan Gürcüstana gedən nümayəndə heyəti öncə Ulu Öndər Heydər Əliyevin Tiflisdəki büstünü ziyarət edib, büstün önünə gül dəstələri qoyaraq dualar oxuyublar.

Daha sonra forum Marneuli şəhərində yerləşən gənclər mərkəzində öz işinə başlayıb.

Tədbiri giriş sözü ilə açan “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri Toğrul Allahverdili QHT-lərə Dövlət Dəstəyi Agentliyinə lahiyəyə dəstəklərindən dolayı təşəkkürünü bildirib. Toğrul Allahverdili qeyd edib ki, hər iki ölkənin media və gənclərinin inteqrasiyası üçün çoxlu çalışmaların reallaşdırılmasına ehtiyac var. Gürcüstandakı soydaşlarımız və səfirliyimizin fəaliyyətinə də toxunan birlik sədri son illərdə yaşanan müsbət dəyişikliyinə görə səfir Faiq Quliyevə minnətdarlığını ifadə edib.

Daha sonra Gürcüstandakı səfirliyimizin birinci katibi Anar Rəsulov , Gürcüstan Parlamentinin deputatı Zaur Darğalı, Marneuli şəhərindən olan mojaritar deputat Anar Piriyev və Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər forumun aktuallığı ilə bağlı çıxışlar ediblər.

Rəsmi çıxışlardan sonra “Gənclər” paneli Toğrul Allahverdilinin moderatorluğu ilə keçib.

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin icraçı direktoru Orxan Pirverdiyev, “Alyans” Gənclər Mərkəzinin sədri Leyla Əmrahova və İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva Azərbaycan-Gürcüstan gənclərinin əməkdaşlıq perspektivlərini və bununla bağlı aktual məsələləri müzakirə ediblər.

Daha sonra Aqil Ələsgərin moderatorluğu ilə “Media” paneli keçirilib. Paneldə “Mtavari arxi” televiziya kanalının əməkdaşı Ceyhun Məjəmmədəli, “Aktual.ge” saytının rəhbəri İlkin Hüseyinov və “24news.ge” saytının direktoru Azər Məmmədov Azərbaycan-Gürcüstan media əlaqələrindən, görülən və görülməsi vacib olan işlərdən danışıblar. Qarabağ zəfərinin regiona müsbət təsiri və informasiya savaşı da panelçilərin əsas müzakirə mövzusu olub.

Daha sonra panel müzakirələri keçirilib və forum “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai gürcüstanlı qonaqlar üçün hazırlatdığı hədiyyələrin təqdimat mərasimi ilə başa çatıb.

Qeyd edək ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə təşkil olunan tədbirin rəsmi tərəfdaşları Azərbaycanın Gürcüstandakı Səfirliyi və Azərbaycan Diasporuna Dəstək Fondudur.