Dünya

Gürcüstanda partlayış olub, azərbaycanlı yeniyetmə ölüb – YENİLƏNİB

Gürcüstanda partlayış olub, azərbaycanlı yeniyetmə ölüb – YENİLƏNİBbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Gürcüstanın Qardabani rayonunda baş vermiş partlayış hadisəsi ilə bağlı istintaqa başlanılıb.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirib.
İstintaq partlayış maddəsi üzrə aparılır.
Hadisə zamanı xəsarət alan 11 yaşlı məktəblinin həyatının təhlükədə olmadığı bildirilir.
İlkin məlumatlara əsasən, partlayışa əl qumbarası səbəb olub.
16:23

Gürcüstanın Qardabani rayonunda məktəb yaxınlığında partlayış baş verib.

Hadisə zamanı 11 və 15 yaşlarında olan iki azərbaycanlı qardaş xəsarətlər alıb.

15 yaşlı uşaq xəstəxanaya çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Partlayışın dəqiq səbəbi məlum olmasa da, uşaqların məktəbdən evə gedərkən yolda naməlum əşya tapdıqları və məhz həmin əşyanın partlayış yaratdığı bildirilir.

Hadisə yerinə ekspert-kriminalistlər cəlb olunub.

BÜNYAMİN ÇİNGİZOĞLU

Diasporpress.az