Diaspor

Gürcüstanda lokomotivlərin üzərində “Xocalıya Ədalət” çağırışı edilib – FOTOLAR

Gürcüstanda lokomotivlərin üzərində “Xocalıya Ədalət” çağırışı edilib – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda lokomotivlərin üzərində “Xocalıya Ədalət” çağırışı edilib.

İnterpress.az xəbər verir ki, Xocalı Soyqırımının 30-cü ildönümü ilə əlaqədar “Xocalıya Ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Gürcüstanın dəmir yolları şəbəkəsinin Marabda- Kartsaxi dəmir yolu sahəsi üzrə hərəkət edən “Azərbaycan Dəmir Yolları” QSC-nin Gürcüstan filialına məxsus lokomotivlərin üzərində “Xocalıya Ədalət” şüarı, Bakıdakı “Ana harayı” abidəsi və faciəyə dair faktları özündə əks etdirən posterlər yerləşdirilmişdir.

Kampaniya çərçivəsində Xocalı Soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükut və lokomotivlərin sirena siqnal səsləri ilə yad olunmuş, eləcə də ehsan mərasimi təşkil edilmişdir.

Video Oynadıcı