Dünya

Gürcüstanda karantin qadağaları götürülür

Gürcüstanda karantin qadağaları götürülürbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Gürcüstan bu həftədən karantin qadağalarını yumşaldır.

Bu barədə ölkənin yeni Baş naziri İrakli Qaribaşvili parlamentdə çıxışı zamanı deyib.

O qeyd edib ki, qaydaların yumşaldılması – qış istirahət mərkəzlərinin açılması, Tbilisi ilə Rustavi arasında nəqliyyatın fəaliyyətini bərpası, peyvəndlərlə bağlı bu həftə koordinasiya şurasının iclası keçiriləcək.

Qaribaşvilinin sözlərinə görə, məsləhətləşmə nəticəsində qadağaların 80 %-i bu həftə qaldırılacaq.

O, Gürcüstana ilk peyvəndlərin mart ayında gələcəyini və ilin sonuna qədər əhalinin 70 faizinin vaksinasiya olunacağını da vurğulayıb.

 

BÜNYAMİN BÜNYADZADƏ

Diasporpress.az