Sabah Gürcüstanda hakimiyyət və müxalifət nümayəndələri arasında görüş keçiriləcək.
DiasporPress.az xəbər verir ki, bu barədə parlament çoxluğunun üzvü İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, görüşdə diplomatik korpusun təmsilçiləri də iştirak edəcəklər.
İ.Kobaxidze deyib ki, hakimiyyət və müxalifət arasında məsləhətləşmələrin keçirilməsini beynəlxalq tərəfdaşlar və Gürcüstanda akreditə olunmuş diplomatlar təklif ediblər.
DiasporPress.az