“Bu gün Gürcüstan, Türkiyə, Azərbaycanla üçtərəfli iş birliyi barədə danışdıq”.
Bunu Gürcüstan Xarici İşlər naziri (XİN) David Zalkaliani Türkiyədə həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi mətbuat konfransında deyib.
Gürcüstan XİN rəhbəri bunun bölgə üçün çox önəmli olduğunu vurğulayıb.
“Regionda yeni əməkdaşlıq platformaları ilə bağlı təşəbbüslər irəli sürülür. Hesab edirik ki, bu formatlar ölkələrin ərazi bütövlüyünə və suvenerlik prinsiplərinə hörmətə əsaslanmalıdır”, – deyə Zalkaliani bildirib.
O, Türkiyə ilə iqtisadi, ticarət məsələləri, sərbəst ticarət razılaşması barədə müzakirələrin aparıldığını da qeyd edib:
“Bu anlaşma ilə aramızdakı ticarət əlaqələri daha da genişlənəcək”.
Gürcüstanlı nazir bölgədəki problemlərin öhdəsindən Türkiyə ilə birgə gəlinəcəyinə ümid etdiyini deyib.
BÜNYAMİN ÇİNGİZOĞLU
Diasporpress.az