Gürcüstan ombudsmanı Nino Lomcariya və ona tabe olan Milli azlıqlar Şurası hökumətə müraciət ünvanlayıb.
Sənəddə Novruz bayramı ilə əlaqədar olaraq, martın 21-də komendant saatının müvəqqəti aradan qaldırılması xahiş olunur.
“Novruz bayramı gecə-gündüz bərabərliyi ilə üst-üstə düşür. Bu bayram Gürcüstanda uzun əsrlərdir qeyd olunur. Novruz bayramı şənlikləri etnik azərbaycanlıların yaşadıqları bələdiyyələrdə geniş şəkildə keçirilsə də, ötən il koronavirus pandemiyasına görə tətbiq olunan məhdudiyyətlər səbəbindən tam şəkildə qeyd olunmadı. Bayramın bu il də keçirilməsi təhlükə altındadır”.
Sənəddə Gürcüstanda bu ilin yanvarın 7-də Milad bayramı ilə əlaqədar məhdudiyyətlərin müvəqqəti ləğvi ilə bağlı təcrübənin olduğu, bunun epidemioloji vəziyyəti ağırlaşdırmadığı və martın 28-də keçiriləcək futbol matçı ilə bağlı da bəzi güzəştlərin planlaşdırıldığı bildirilib.
Diasporpress.az