Gürcüstanın “Sakartvelos Respublika” qəzetində Gürcüstan-Qafqaz Strateji Araşdırmalar İnstitutunun prorektoru, Beynəlxalq Münasibətlər və Siyasi Elmlər Akademiyasının prezidenti, Gürcüstan-Azərbaycan Münasibətlərinin İnkişafı Fondunun icraçı direktoru, professor Simon Kopadzenin müəllifliyi ilə “Xocalı soyqırımı – Əsrin faciəsi” sərlövhəli məqalə dərc edilib.
Diasporpress.az xəbər verir ki, məqalədə 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən 7 min əhalisi olan Xocalı şəhərində genosid aktının həyata keçirildiyi qeyd edilib. XX əsrin sonunda baş vermiş faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilib.
Qeyd edək ki, professor Simon Kopadze Azərbaycan Respublikasının beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafında səmərəli fəaliyyətinə görə 26 dekabr 2020-ci il tarixində Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif edilib.
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
http://dspace.nplg.gov.ge/bitstream/1234/328064/1/Saqartvelos_Respublika_2021_N28.pdf
Bünyamin Bünyadzadə
Diasporpress.az