Fransa-Azərbaycan Dialoqu Assosiyasiyasının sədri Günel Səfərova erməni diasporuna qarşı aparılan mübarizədən danışıb:
“Biz Vətən müharibəsi ərzində, ümumiyyətlə 2020-ci ilin iyul ayından başlayaraq çox aktiv fəaliyyət göstərdik. Dövlət orqanlarına çoxlu sayda məktub yazıldı, sosial şəbəkələr və mediada bacardığımız qədər haqlı mövqeyimizi təbliğ etdik. Düzdür, asan olmadı. İndi də asan deyil. Çünki hər tərəfdən bizi bloka salırlar. Lakin çalışdıq ki, maksimum dərəcə də səsimizi dünyaya çatdıra bilək. Buradakı bir neçə erməni diaspor rəhbəri ilə həm debatlarda, həm də sual-cavabda olduq. Onu deyə bilərəm ki, onların mövqeyi dəyişməyib, bundan sonra da dəyişməyəcək. Onlar öz aqresiyyalarında qalırlar və öz iftiralarına davam edirlər. Dönə-dönə tarixi faktları ortalığa qoysaq da, 1921-ci ildə Stalinin Qarabağı guya bizə verdiyi kimi cəfəng iddilar irəli sürürlər.
Halbuki, biz həmin tarixi sənədi də onlara göstərib, təqdim etmişik, izah etmişik. Demişik ki, bizə inanmırsınızsa, gedin rus dilində tərcüməçi də tapın. Sadəcə, onlar özlərini yalanlara inandırıblar. Onların mövqeyləri dəyişməyəcək.
Şanlı Ordumuzun qələbəsinə qədər Qarabağda qurduqları separatçı rejimin Azərbaycanın tərkibində olmayacağını deyirdilər. Bizim müzəffər Ordumuz onlara sübut etdi ki, Azərbaycan amüstəqil dövlətdir və bu haqsızlığa son qoymaq gücü var. Ona görə də hazırda ermənilərin uğurumuza hansı reaksiya verəcəyi bizim üçün heç bir əhəmiyyət daşımır”.
Diaspor rəhbəri Fransa cəmiyyətinin münaqişəyə baxış bucağının tədricən dəyişdiyini söyləyib:
“Müharibədən sonra yazdığımız məktublar nəticəsiz qalmadı. Çünki cüzi də olsa, Azərbaycana qarşı münasibətdə dəyişikliklər olduğunu görürük. Erməni lobbisi haqısz olaraq Ermənistanın regionda sıxışdırıldığını iddia edirdi.
Amma artıq erməni lobbisinin dostları da bu deyilənlərin doğru olmadığını anlamağa başıayıblar.Düzdü, bəzi fransızları müəyyən səbəblərdən təsirlərində saxlamağa çalışırlar. Ancaq fransızların bəziləri münaqişə barədə dolğun məlumata malik olmadıqlarını söyləyirlər. Fransada erməni lobbisi çox güclü olduğu üçün cəmiyyətə və hökumətə ciddi təzyiq göstərir. Bəzi fransızlar bizə “siz haqlısınız”-deyə dəstək versələr də, təəssüflər olsun ki, erməni lobbisi onlara da təzyiqlər göstərir və bir sıra hallarda hətta təhdid belə edirlər. Ona görə də həmin şəxslər açıq-aydın mövqeylərini bildirməkdən çəkinirlər.
Amma hazırda bizim üçün müharibə qurtarıb. Azərbaycan öz torpaqlarını geri qaytarıb. Biz haqlı olaraq özümüzə aid olan əzəli torplaqları işğalçılardan təmizlədik. Hazırda Qarabağdakı zəfərə çox sevinirik. Bundan sonra təbliğatımızı ancaq bu yöndə aparacağıq”. modern.az