“Qarabağ Azərbaycandır” Milli Platformasının Türkiyə üzrə koordinatoru, kəşfiyyat və təhlükəsizlik məsələləri üzrə ekspert Elvin Əbdürrəhmanlının “Türk birliyi” xəbər portalında 31 mart – Azərbaycanlıların soyqırımı günü ilə bağlı məqaləsi yayımlanıb.
Məqalədə ermənilərin Azərbaycana köçürülməsi, havadarlarının vasitəsilə azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasəti həyata keçirməsi, xalqımıza qarşı dəhşətli soyqırım aktlarından birinin 1918-ci il 31 mart – 3 aprel tarixlərində törədilməsi barədə ətraflı məlumat verilib.
Bildirilib ki, erməni silahlı dəstələrinin minlərlə azərbaycanlıya qarşı törətdikləri kütləvi qətliam Azərbaycan Xalq Cümhuriyyəti dönəmində araşdırılsa da, 1920-ci il aprelin 28-də bolşeviklərin ölkəmizi işğal etməsi bu soyqırıma beynəlxalq səviyyədə siyasi və hüquqi qiymətin verilməsini əngəlləyib.
Yalnız 80 il sonra ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il sərəncamı ilə 31 mart soyqırımına siyasi və hüquqi qiymət verilib və həmin tarix Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunmağa başlayıb. Son 20 ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlara dair araşdırmaların genişləndiyi, Quba şəhərində aparılan arxeoloji qazıntılar zamanı kütləvi məzarlığın aşkarlandığı və bu məzarlıqda Quba Soyqırımı Memorial Kompleksinin yaradıldığı bildirilib.
Müəllif qeyd edib ki, xalqımız və dövlətimiz hər zaman soyqırımı qurbanlarının xatirəsini yad edir, 31 mart və 26 fevral Xocalı soyqırımlarını unutmur: “Bütün dünyanı beynəlxalq hüququ heçə sayan, bu faciələri gizlətməyə çalışan etməni faşizminin gerçəklərini görməyə çağırıram”.
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://turkbirligi.com.tr/terorle-mucadele-ve-diplomasi-uzmani-elvin-abdurahmanli/
Diasporpress.az