Ölkə

Gənclər təşkilatında Türkiyə nümayəndə heyyəti ilə görüş keçirilib

Gənclər təşkilatında Türkiyə nümayəndə heyyəti ilə görüş keçirilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Diasporpress.az xəbər verir ki, Azərbaycanda səfərdə olan qardaş Türkiyənin “EkoAvrasya” İqtisadi Əməkdaşlıq təşkilatının sədri Hikmət Erenin başçılıq etdiyi nümayəndə heyyəti Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyini ziyarət edib.

Görüşdə Diaspor İnformasiya Mərkəzinin və Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin sədri Toğrul Allahverdili Hikmet Ereni və heyəti salamlayaraq iki qardaş dövlətin birliyi,  Azərbaycan və Türk diasporunun birgə fəaliyyəti və QHT-ləri arasındakı mövcud əlaqələr, media qurumları və hər iki ölkənin gəncləri arasındakı fəaliyyət və bu istiqamətdə atılan uğurlu addımlardan danışıb. Qarabağ Savaşında Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında Azərbaycan əsgərinin oynamış olduğu misilsiz rol və bu tarixi proseslərdə qardaş Türkiyə dövlətinin və xalqının Azərbaycanın yanında var olması ilə bağlı fikirlərini ifadə etmiş və eyni millətin övladları olan insanların bir-birilərinə vermiş olduğu dəstəyə görə bir daha dərin təşəkkürlərini qonaqlara ifadə etmişdir.

“EkoAvrasya” Avrasiya İqtisadi Əməkdaşlıq Cəmiyyətinin sədri Hikmet Eren də öz növbəsindəToğrul Allahverdiliyə görüş üçün təşəkkür etmiş, ikili əməkdaşlıqlar daxilində görülən işlər, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Türkdilli Dövlətlərın Parlament Assambleyası kimi Türk dövlətlərini bir araya gətirən bir çox beynəlxalq təşkilatların var olmasından məmnuniyyət duyduqlarını ifadə etmişdir. O, gələcək fəaliyyətlərdə Azərbaycanın tanıtımı, Azərbaycan və Türkiyə arasındakı münasibətlərin inkişafı ilə bağlı təşkilat olaraq əllərindən gələn hərtərəfli dəstəyi verməyə hazır olduqlarını bildirib.

 

 

Diasporpress.az