Diaspor

Gənclər Günü münasibətilə Vyanada Azərbaycan diaspor gənclərinin görüşü keçirilir VİDEO

Gənclər Günü münasibətilə Vyanada Azərbaycan diaspor gənclərinin görüşü keçirilir VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı, Heydər Əliyev Fondunun və ölkəmizin Avstriyadakı səfirliyinin dəstəyi ilə Vyana şəhərində Gənclər Günü münasibətilə Azərbaycan diaspor gənclərinin görüşü keçirilir.

AZƏRTAC xəbər verir ki, layihənin məqsədi xaricdə yaşayan və təhsil alan azərbaycanlı gənclərin bir araya toplanması, onların Vətənlə bağlılığının daha da gücləndirilməsi, yaşadıqları ölkələrdə Azərbaycan diasporunun fəallığının artırılması və lobbiçilik fəaliyyətinin gücləndirilməsidir.

Eyni zamanda, layihə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə daha dolğun çatdırılmasına, ölkəmizin tarixi, mədəni irsi və adət-ənənələrinin davamlı təbliğinə, gənclərimizin sıx əməkdaşlıq şəraitində əlaqəli fəaliyyətinə, müxtəlif layihələr icra etməklə diaspor fəaliyyətinin inkişafına, xaricdəki soydaşlarımızın yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiyasının gücləndirilməsinə yönəlib.

Layihənin açılış mərasimində Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov, Heydər Əliyev Fondunun nümayəndəsi Fidan Yusibova, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyev, Azərbaycan diasporunun fəal üzvləri çıxış ediblər.

Tədbir çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Diasporuna Dəstək Fondunun fəaliyyəti barədə videoçarx nümayiş olunacaq. Həmçinin diaspor fəaliyyətinin inkişafında gənclərin rolu istiqamətində müzakirələr aparılacaq. Layihə çərçivəsində işçi qruplarda “Milli kimlik və diaspor siyasəti”, “Sahibkarlıq və innovasiya”, “Əməkdaşlıq və təhsil” mövzularında, eyni zamanda, gənclərin mədəniyyət, turizm və idman sahələrində fəaliyyətinə dair debatlar təşkil olunacaq.

Görüşdə ABŞ, Kanada, Rusiya, Türkiyə, İsrail, Çin, Cənubi Koreya, Gürcüstan və Avropa ölkələrindən azərbaycanlı gənclər iştirak edirlər.

İştirakçılar arasında görkəmli Azərbaycan ədibi Abdulla Şaiqin Kanadada yaşayan nəticəsi Rafie Poor və məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Fransada yaşayan nəticəsi Alban Klod da olacaq.

Azərbaycan diaspor gənclərinin görüşü işini fevralın 2-də davam etdirəcək.

 

Gənclər Günü münasibətilə Vyanada Azərbaycan diaspor gənclərinin görüşü keçirilir VİDEO

 

Gənclər Günü münasibətilə Vyanada Azərbaycan diaspor gənclərinin görüşü keçirilir VİDEO

 

Gənclər Günü münasibətilə Vyanada Azərbaycan diaspor gənclərinin görüşü keçirilir VİDEO

 

Gənclər Günü münasibətilə Vyanada Azərbaycan diaspor gənclərinin görüşü keçirilir VİDEO