Gəncə şəhərində ölüm hadisəsi baş verib.
DiasporPress.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Ruhi-Əsəb Dispanserində qeydə alınıb.
Dispanserdə müalicə alan 1937-ci il təvəllüdlü Hüseyn Mahmud oğlu Hüseynov palatada ölü tapılıb.
Xəstəxananın baş həkimi Elmira Mirzəyeva faktı təsdiqləyib.
Faktla bağlı araşdırma aparılır.
DiasporPress.az