Gəncə şəhərində uşaq qızdırmadan ölüb.
DiasporPress.az xəbər verir ki, 2014-cü il təvəllüdlü Abdullayeva Zəhra Ramiz qızı qızdırma diaqnozu ilə Gəncə Yoluxucu Xəstəliklər Xəstəxanasına çatdırılıb.
Xəstəxananın baş həkimi İradə Dəmirova bildirir ki, uşaq xəstəxanayana gətiriləndə artıq ölmüşdü:
“Xəstəyə Nurəngiz həkim baxıb. Həkim uşağın öldüyünü görərək, polisə məlumat verib. Uşaq bizə Gəncə Dəmiryol Xəstəxanasından gətirilib”.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanılıb.