Ölkə

Gəncədə Atatürkün anadan olmasının 102-ci ildönümü qeyd edildi – FOTOLAR

Gəncədə Atatürkün anadan olmasının 102-ci ildönümü qeyd edildi – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Gəncədəki Baş Konsulluğunda Atatürkün anadan olmasının 102-ci ildönümü, Gənclər və İdman bayramı qeyd olunub. Tədbirdə Türkiyənin Gəncədəki baş Konsulu Zeki Öztürk, Gəncə Uşaq Evinin sakinləri, şəhər ictimaiyyəti və KİV nümayəndələri iştirak ediblər.

Diasporpress.az xəbər verir ki, tədbir iki dövlətin himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk hər il 19 May tarixində qeyd olunan “Atatürkü Anma, Gənclər Və İdman Bayramı” tarixindən danışıb. Qeyd edib ki, 102-ci ildönümündə, 19 May 1919-cu ildə Samsunda Qurtuluş Müharibəsinin ilk addımını atan Gazi Mustafa Kamal Atatürk başda olmaqla, Milli Mübarizəmizin qəhrəmanlarını və bu münasibətlə bütün şəhidlərimizi, qazilərimizi və qardaş Azərbaycanın 2-ci Qarabağ müharibəsi şəhidlərini dərin hörmətlə yad edirik.

19 May 1919-cu il, Qazi Mustafa Kamal Atatürkün Türk Millətinin müstəqillik inancından aldığı güclə Milli Mübarizəyə başladığı tarixi bir gündür. 19 Mayda Samsunda yandırılan İstiqlal məşəli Amasya, Ərzurum, Sivas və daha sonra Ankara ilə bütün Anadoluya yayıldı. Bunun nəticəsində 23 Nisan 1920-ci ildə Ankarada Türkiyə Böyük Millət Məclisi açılmışdır. Bu Millət Məclisinin apardığı Qurtuluş Savaşında, Türk milləti, sinəsini sipər edərək heç bir millətə nəsib olmayan əzm və cəsarətlə vətənini, bayrağını qoruma bahasına epik bir zəfər qazanaraq, 29 Oktyabr 1923-cü ildə Cümhuriyyətin elanı ilə mübarizənin uğurunu dünyaya duyurmuşdur.

Müstəqillik uğrunda mübarizəmizin simvolu olan 19 Mayın Gənclər və İdman Günü elan edilməsi, gələcəyimizin təminatı və ümidimiz olan gənclərə verilən önəmin göstəricisidir. Gənclərimiz, milli mübarizədən bu günə qədər İstiqlal şüuru ilə göstərdikləri qəhrəmanlıq və səylərlə ölkəmizin ümidi olduqlarını ortaya qoymuşdur. Gənclərimiz hər zaman tarixlərinə sahib çıxmaqları, milli dəyərlərə sədaqət, ümumbəşəri dəyərlərə uyğun ixtisaslı və faydalı olmaları sayəsində ölkəmizimüasir mədəniyyətlər səviyyəsinə daşıyaraq əsas ünsür olacaqdırlar. Beləliklə, gənclər hədəflərimizə və dəyərlərimizə sadiq qəyyum olaraq götürdükləri bayrağı daha yüksək səviyyəyə daşıyacaq və milli və beynəlxalq sahələrdə qazandıqları uğurlarla ölkəmizi güclü şəkildə təmsil etməyə davam edəcəklər.

19 May Atatürkü Anma, Gənclik və İdman Günü proqramına dəstək verən Gence Şeher 2 Saylı Uşaq Evi gənclərini və Bayram sevincini bizimlə bölüşən Can Azərbaycanın gənclərinə ölkəmiz adından dostluq və qardaşlıq mesajlarını çatdırırıq.

Bundan əlavə, bu gözəl və mənalı bayram günündə daha neçə bayramları birlikdə coşğuyla qeyd edəcəyimiz günlərin qısa zamanda gələcəyini ümid edərək, gələcəyimizin təminatı, ən qiymətli sərvətimiz olan bütün gənclərimizin Bayramını ürəkdən təbrik edirik.

Diasporpress.az