Beyləqanda naməlum şəxs və ya şəxslər tərəfindən qəddarcasına döyülərək yol kənarına atılan 18 yaşlı Quliyeva Aygün Mehman qızının meyiti Məhkəmə Tibbi Ekspertizası tərəfindən müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.
DiasporPress.az APA TV-yə istinadən xəbər verir ki, Aygünün meyiti kənd sakinləri tərəfindən dəfn edilib.
Mərhumun bacısı Gülnar Quliyevanın sözlərinə görə, bacısı döyüldüyü gecə onun yaşadığı evə gəlib və çox ləngimədən evdən çıxıb.
Gülnar bildirib ki, Aygün həmin gün evə gələrək ona boyunbağı verib, telefondakı nömrələri silərək bir neçə şəxslə görüşəcəyini bildirib və evi tələsik tərk edib.
Faktla bağlı araşdırma aparılır.
https://www.youtube.com/watch?v=4FlRcB9PspU
DiasporPress.az