Bakıda keçirilən Premyer Liqa yarışını Azərbaycan üç qızıl və üç bürünc medalla başa vurub.
Diasporpress.az xəbər verir ki, idmançımız Turqut Həsənov (84) yarışda bürünc medal qazanıb.
Gənc idmançımız bununla da karyerasında həm yeniliklərə imza atıb, həm də Azərbaycanın adını zirvələrə qaldırıb. Əslən Gəncə şəhərindən olan tanınmış idmançımız qələbəsi təkcə idman cameəsində deyil, bütün idmansevərlər arasında böyük sevinclə qarşılanıb. İdmançımızın əzmkar qələbəsi digər idmançılarımıza da yarışda motivasiya verib.
Belə ki, idmançımız Asiman Qurbanlı (+84 kq) Taha Mahmuda (Misir) 2:1 qalib gələrək qızıl medal qazanıb.
68 kq çəki dərəcəsində yarışan dünya çempionu İrina Zaretskaya isə 2019-cu ildə Minskdə keçirilmiş II Avropa Oyunlarının finalında uduzduğu Silvia Semerarodan (İtaliya) üstün olub.
5:5 bitən görüşdə qələbə Zaretskayaya verilib.
Bununla da Azərbaycan tarixində ilk dəfə olaraq Premyer Liqada ən yaxşı nəticəsini göstərib.
Əminağa Quliyev, Asiman Qurbanlı və İrina Zaretskaya qızıl, Tural Ağalarzadə, Turqut Həsənov və Murad Hacızadə bürünc medalla yarışı tamamlayıblar.