Ölkə

Füzuli və Xocavənddə məhv edilən meşə sahələri – Nazir müavinindən AÇIQLAMA

Füzuli və Xocavənddə məhv edilən meşə sahələri – Nazir müavinindən AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan florasında ümumilikdə 5 minədək ali bitki növünə rast gəlinib. Bunlardan 2200-ü yaxud 42 faizi Qarabağ və ətraf ərazilərdə yayılan növlərdir. Füzuli rayonu biomüxtəfliyinin çoxçeşidliliyi baxımından Qarabağın ən maraqlı bölgələrindəndir. İşğal dövrünədək rayonun meşə fondunun ümumi sahəsi 124 hektar təşkil edirdi və bunun 108 hektarı meşə ilə örütülü olub.

Diasporpress.az xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov media nümayəndələrinin Füzuli və Xocavənd rayonlarına səfərə yola düşərkən məlumat verib.

Nazir müavini qeyd edib ki, peyk təsvirlərinə əsasən işğal dövründə Füzulidə 57 hektar meşə sahəsinin məhv edildiyi müəyyən olunub.

Vaxtilə rayon ərazisində təbiət abidəsi statusuna malik 11 ədəd şərq çinarı olub və bu ağacların hamısı işğal dövründə məhv edilib. Ermənilər yaşı yüz illərlə ölçülən bu ağacları kəsməklə yanaşı onların kötüklərini də yandırıblar.

Vüqar Kərimov vurğulayıb ki, təbiət abidəsi kimi dünyanın irs siyahısına daxil olmuş və 1800-2000 yaşlı çinarların ermənilər tərəfindən yandırılması yalnız Azərbaycana qarşı deyil, həm də dünyaya qarşı ekosid hərəkətdir.

Vüqar Kərimov deyib ki, Xocavənd rayonu biomüxtəfliyinin çoxçeşidliliyi baxımından Qarabağın ən maraqlı bölgələrindəndir. İşğal dövrünədək rayonda meşə fondunun ümumi sahəsi 22428 hektar təşkil etmiş və bunun 20403 hektarı meşə ilə örtülü olub.

Nazir müavini qeyd edib ki, peyk təsvirlərinə əsasən işğal dövründə 3537,4 hektar meşə sahəsinin məhv edildiyi müəyyən edilib.

Qeyd edilib ki, işğala qədərki dövürdə rayon ərazisində təbiət abidəsi statusuna malik 12 ədəd qədim ağac ( 7 ədəd şərq çinarı, 5 ədəd azatağacı), 2 ədəd geoloji və paleontoloji abidə (Azıx və Tağlar mağaraları və xüsusi qiymətli Azatağacı meşə sahəsi olub.

Hadrut qəsəbəsinin 15 kilometrliyində yerləşən Azıx geoloji paleontoloji abidəsi 1960-cı ildə kəşf edilib və 1982-ci ildə təbiət abidəsi kimi qeydə alınıb.

 

Diasporpress.az