Ölkə

Füzuli limanının tikintisində 500 işçi çalışır

Füzuli limanının tikintisində 500 işçi çalışırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Füzuli hava limanında aparılan inşaat işləri ilə tanış olmaq üçün işğaldan azad olunan Füzuli şəhərinə səfər etdik. Hava limanının tikintisi intensiv şəkildə davam etdirilir. Hazırda limanın, enmə zolağının və yardımçı tikillilərin inşaatına 500-ə yaxın işçı cəlb olunub.

Bu sözləri millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov deyib.

V.Bayramovun sözlərinə görə, hava limanı – uzunluğu 3 km, eni 60 metr olan uçuş-enmə zolağı, 60 min kv/metrlik 8 hava gəmisinin dayanması üçün sahə, sərnişlərə xidmət göstərən terminal, hava gəmilərinin idarəedilməsi üçün qüllə, yarımstansiyası, qazanxana, su anbarı və başqa köməkçi tikililərdən ibarət olacaq:

“Hava limanı 1 saatda 200 sərnişinə xidmət edə biləcək. Füzuli hava limanının əsas infrastrukturunun bu il sentyabrın 5-dək hazır olması gözlənilir. Bu ilin payızında hava limanı ilk uçuşları həyata keçirə biləcək”.

 

Diasporpress.az