Ölkə

Füzuli Beynəlxalq Hava Limanında ilk sınaq uçuşunun keçiriləcəyi tarix açıqlandı

Füzuli Beynəlxalq Hava Limanında ilk sınaq uçuşunun keçiriləcəyi tarix açıqlandıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Füzuli rayonunda səfərdə olan media nümayəndələri Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar.

 

AZAL-ın nümayəndəsi Valeh Əmiraslanov jurnalistlərə açıqlamasında bildirib ki, Füzuli Beynəlxalq Hava Limanında ilk sınaq uçuşun sentyabrın 5-də keçirilməsi planlaşdırılır:

 

“Yanvar ayının 14-də başlayan işlər çərçivəsində geniş fizolajlı hava gəmilərinin qəbul olunması üçün uzunluğu 3 km, eni 60 m olan uçuş enmə zolağının torpaq yatağı tamamlanıb. Hazırda əsas layın asfalt beton örtüyünün salınması işləri davam etdirilir. Sahəsi 60 min kvadrat metr olan 8 hava gəmisini saxlaya biləcək peronun tikintisinin torpaq yatağı tamamlanmaq üzrədir. Terminal binasında dəmir beton konstruksiya işləri 100 faiz tamamlanıb. Dəmir beton konstruksiyanın quraşdırılma prosesi gedir. Italiya istehsalı olan dam örtükləri a rtıq Azərbaycana gətirilib, Türkiyədən sifariş olunan fasad elementləri gətirilmək üzrədir”.

 

O bildirib ki, hava hərəkətinin təmin edilməsi üçün qüllənin tikintisinin dəmir beton konstruksiyasının işlərinin 1 həftə ərzində yekunlaşdırlması planlaşdırılır: “İstifadə olunan avadanlıqların hamısı avropa istehsalıdır və testdən keçirilərək Bakıya gətirilib. Bu sahədə beton özüllərin quraşdırılması isə bu ayın sonuna planlaşdırılır. Uçuş enmə zolağında tikinti işləri sentyabrın 5-nə kimi tamamlanacaq”.