Futbol yığmamız FIFA reytinqində Mozambikdən geriyə düşdü

FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. 

Futbol yığmamız FIFA reytinqində Mozambikdən geriyə düşdübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

DiasporPress.az xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan milli komandası üç pillə geriləyib.

Millimiz hazırda 1177 xalla 114-cü pillədə qərarlaşıb. Hətta Mozambik və Zimbabve kimi millilər yığmamızı qabaqlayıb. Geriləməyə səbəb bu ay yığmamızın Uelsə Bakıda, Slovakiyaya isə Trnavada 0:2 hesabı ilə uduzmasıdır.

Qeyd edək ki, ilk “üçlük”də dəyişiklik olmayıb. Belçika yenə dünya reytinqinə başçılıq edir. Son dünya çempionu Fransa ikincidirsə, futbolun populyar olduğu Braziliya üçüncü sıradadır.

 

DiasporPress.az