Ermənistanın Azərbaycanda, Qarabağda törətdiyi zülmlərin, qətliamın şahidi olmuşam. Ən əsası Azərbaycan əsgərlərinin bu böyük Zəfər üçün qəhrəmancasına mübarizə apardıqlarını gözlərimlə görmüşəm.
Diasporpress.az xəbər verir ki, bunu türkiyəli jurnalist, “CNN türk” telekanalının müxbiri Fülya Öztürk Diasporla İş üzrə Dövlət Komitəsinin və “YAŞAT” Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı ilə keçirilən “YAŞAT” xeyriyyə marafonu barədə danışarkən söyləyib.
“YAŞAT” marafonuna dəstəyini ifadə edən türkiyəli jurnalist xeyirxah insanları bu təşəbbüsə qoşulmağa çağıraraq deyib: “Şəhid ailələrini, qazilərimizi, əsgərlərimizi unutmamalıyıq”.
Diasporpress.az