Diaspor

Fuad Muradov: “Yay düşərgəsində Pənahəli xanın ailə üzvləri, milli qəhrəmanlarımızın övladları iştirak edir”

Fuad Muradov: “Yay düşərgəsində Pənahəli xanın ailə üzvləri, milli qəhrəmanlarımızın övladları iştirak edir”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünyada 18 Azərbaycan evi fəaliyyət göstərir”.

Bunu Diaspor Gənclərinin III Yay Düşərgəsinin Şuşada açılışı zamanı jurnalistlərə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

O bildirib ki, 2018-ci ildən Prezident İlham Əliyevin tapşırığı ilə hər il yayda xaricdə yaşayan gənc azərbaycanlılar üçün düşərgə həyata keçirilir: “Düşərgənin təşkil olunmasında əsas məqsəd diaspora hərəkatına gəncləri cəlb etməddir. Bu cür düşərgə gələcəkdə diaspora hərəkatına yeni nəslin cəlb olunmasına xidmət edir. Prezident Şuşa qurultayında tapşırıq vermişdi ki, biz bu istiqamətə daha böyük diqqət ayıraq. Xaricdə yaşayan gənc nəsil arasında Azərbaycan dili, mədəniyyəti, reallıqları və eyni zamanda Qarabağ tarixinin təbliği ilə bağlı da əməli işlər həyata keçirilsin. Bir həftə ərzində davam edəcək yay düşərgəsində 50 ölkədən 120 gənc iştirak edəcək. Onların içərisində tanınmış ailələrdən olanlar var. Pənahəli xanın ailəsinin üzvləri, milli qəhrəmanlarımızın xaricdə təhsil alan övladları burada iştirak edirlər”.

Komitə sədri vurğulayıb ki, düşərgə iştirakçıları müxtəlif ölkələrin vətəndaşlarıdır: “Onlar buradan öz ölkələrinin prezidentlərinə, parlamentlərinə müraciət edəcəklər. Bir daha Qarabağın Azərbaycan torpağı olması, 30 il ərzində işğal altında qalan şəhər və kəndlərimizin vəziyyəti haqda məlumat verəcəklər. Eyni zamanda beynəlxalq təşkilatlara da müraciətlər ünvanlanacaq. Dünyada 18 Azərbaycan evi fəaliyyət göstərir. İlin axırına kimi bu rəqəm çoxalacaq. 30-a yaxın Azərbaycan dilli şənbə-bazar məktəbləri fəaliyyət göstərir. Bu gün bizim diasporumuz 70-ə yaxın ölkədə fəaliyyətdədir”, – o deyib.