Diaspor

Fuad Muradov: Diasporla İş üzrə Dövlət Komitəsinin “qaynar xətt”i 24 saat ərzində bütün müraciətləri qəbul edir

Koronavirusla bağlı 47 ölkədən 5100-dən çox vətəndaşımız Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət edib.

Fuad Muradov: Diasporla İş üzrə Dövlət Komitəsinin “qaynar xətt”i 24 saat ərzində bütün müraciətləri qəbul edirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirusla bağlı 47 ölkədən 5100-dən çox vətəndaşımız Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

F.Muradov deyib ki, müraciətlər daha çox Türkiyə, Rusiya, İtaliya və digər ölkələrdəndir. Komitənin “qaynar xətt”i 24 saat ərzində bütün müraciətləri qəbul edir və aidiyyəti üzrə yönləndirir. Bəzi şəxslər yaranmış vəziyyətdən sui-istifadə etməyə çalışsalar da, bu cəhdlərin qarşısı alınıb.

 

DiasporPress.az