Diaspor TV

Fransız deputat aparıcını şoka saldı – Qarabağ Azərbaycandır! – VİDEO

Fransız deputat aparıcını şoka saldı – Qarabağ Azərbaycandır! – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Parlamentinin fransalı üzvü, Fransanın keçmiş nəqliyyat naziri Tyeri Maryani BFM TV-də Jan Jak Burdinin moderatorluğu ilə baş tutan “Burdin Direkt” verilişinin qonağı olub. Bir neçə suala cavab verən T.Maryani sonda Qarabağ münaqişəsinə dair suallara beynəlxalq hüquqa söykənən tutarlı cavablar verib. Qərəzli sualları ilə diqqət çəkən aparıcı obyektiv cavabları eşidərkən hiddətini gizlədə bilməyib.

– Qarabağda Azərbaycanın ermənilərə qarşı müharibə cinayətlərini qınayırsınızmı?

– Bunu “müharibə cinayəti” adlandırmazdan əvvəl düşünmək lazımdır. Bu və ya digər formada kimlərinsə təxribat tələsinə düşmək olmaz. Qarabağ məsələsi ilə bağlı Beynəlxalq İstintaq Komissiyası var. Bu Komissiya bütün həqiqətləri bilir. Nəyin, necə baş verdiyindən xəbərdardır.

Aparıcı Jan Jak Burdin qonağın sözünü yarıda kəsir və qəzəbli halda dillənir:

– Azərbaycanlılar bəyan edirlər ki, erməniləri Qarabağdan iti qovan kimi qovmaq lazımdır…

– Bəli, bu, bir az sərt bəyanatdır, amma əminəm ki…

Bu məqamda Jan Jaq Burdin yenə müdaxilə edir:

– Siz Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyirsiniz?

– Mən heç kəsi dəstəkləmirəm, hər hansı bir əlaqəm də yoxdur. 3 il Fransa – Azərbaycan Dosluq qrupunun rəhbəri olmuşam. 5 il Qazaxıstan, 5 il də Ukrayna ilə dostluq qrupunun rəhbəri kimi fəaliyyət göstərmişəm. Cənab Renod Müzelyenin (Tyeri Maryaninin keçmiş rəqibi, 2019-cu ilə qədər Avropa Parlamentinin fransalı üzvü) mövqeyi ilə tanışam. O da bu ölkələri yaxşı tanıyırdı. Bu barədə internetdə materiallar var, baxa bilərsiniz. 2003-cü ildə R.Müzelye və dövlət katibi Azərbaycana rəsmi səfər etdilər. Səfər zamanı imzalanan sənəddə biz nə görürük? Onu sizə təqdim edirəm. O, sənəddə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını yazır. Hər şey bu qədər aydındır.

– Sizin kimi?

– Bəli, mən də fikrimi dəyişmirəm… R.Müzelye Bakıda olarkən aydın şəkildə bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Münaqişə ilə bağlı aydın mənzərə bundan ibarətdir. Bu, islamçıların xristianlara qarşı münaqişəsi deyil. Mən dünyanın dörd bir yanında olan xristianları müdafiə etmişəm, edirəm. Hətta buna görə cənab R.Müzelye məni tənqid etmişdi. Suriya və İraqdakı 1 milyon xristianı dəstəkləmək üçün o ölkələrə səfər etmişdim. Bu mənada hesab edirəm ki, son Qarabağ müharibəsi müsəlman ölkəsi olan Azərbaycanın xristianlara qarşı savaşı deyil. Bu, Azərbaycanın milli məsələsidir. Həqiqətən də bu bölgəyə kömək etmək istəyiriksə, tərəflər arasında dialoq mühiti formalaşdırmalıyıq. Ən azı 10 dəfə Cənubi Qafqaz regionunda olmuşam…

Jan Jak Burdin qəzəbli halda bir də təkrar edir:

– Erməniləri it kimi qovmaq lazımdır hə?

– Xeyir, qovmaq lazım deyil, sadəcə…

Jan Jaq Burdin yenidən Tyeri Maryaninin sözünü yarıda kəsir:

– Qarabağ Azərbaycan ərazisidir?

– Bəli, beynəxalq hüquqa görə, Qarabağ Azərbaycan ərazisidir. Və biz bu gün o ərazidə sülhə nail olunmasına çalışmalıyıq. Qarabağ Almaniya və Fransa arasında Elzas-Lotaringiyaya bənzəyir. Əsas məsələ odur ki, Azərbaycan və Ermənistan arasında dialoq mühiti yaradılmalıdır, uzun illər birgə yaşayan Azərbaycan və erməni xalqı arasında ünsiyyət bərpa edilməlidir. Qarabağdakı münaqişə ocağını söndürmək lazımdır.

Qeyd edək ki, bu müsahibə ermənistan cəmiyyətində bunt qaldırıb. Rəhbəri erməni olan fransızdilli sayt “armenews.com” da “Tyeri Maryaniyə görə Qarabağ Azərbaycan ərazisidir” başlıqlı məqalə dərc olunub. Materialda Qarabağa dair bütün həqiqətlər təhrif olunub.

 

Diasporpress.az