Fransa hökuməti ali təhsilli şəxslərin ölkəyə köçməsilə bağlı kvota tətbiq edəcək.
DiasporPress.az “İnterfax”a istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Eduard Filip mətbuat konfransında bildirib.
Ümumiyyətlə 2022-ci ildə keçiriləcək növbəti prezident seçkiləri ərəfəsində ölkəyə miqrant axınının tənzimlənməsi məsələsinin gündəmdəki başlıca yer tutacağı güman edilir.
Sentyabr ayında Fransa prezidenti Emanuel Makron qarşıya imiqrantlara layiqli həyat şəraiti təmin etmək məqsədi qoyulursa, hər istəyəni qəbul etmək iqtidarında olmadıqlarını açıqlamışdı. Belə ki, 2017-ci il prezident seçkilərindən sonra Fransaya köçmək arzusunda olanların çoxaldığını, bununla belə “çox da cazibədar ölkə olmaq lazım deyil” deyən dövlət başçısı Avropa ölkələrinin miqrasiya sahəsində lazımi səviyyədə əməkdaşlıq etmədiklərini də dİlə gətirib.
Qeyd edək ki, 2022-ci il seçkilərində E.Makronun miqrantlara qarşı çıxan “Milli Toplantı” partiyasının lideri Marin le Peni əsas rəqib qismində gördüyü bildirilir.
KİV-in məlumatına görə Fransa rəsmi qurumlarına 2018-ci ildə 122 743 sığınacaq müraciəti təqdim olunub ki, bu da əvvəlki illə müqayisədə 22 faiz çoxdur.
DiasporPress.az