Dünya

Fransada “sarı jiletlilər”in etirazları dövlət büdcəsinə 2,5 milyard avro ziyan vurub

"Sarı jiletlilər" hərəkatının etiraz aksiyaları fransalı tacirlərə və dövlət büdcəsinə ciddi ziyan vurub.

Fransada “sarı jiletlilər”in etirazları dövlət büdcəsinə 2,5 milyard avro ziyan vurubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sarı jiletlilər” hərəkatının etiraz aksiyaları fransalı tacirlərə və dövlət büdcəsinə ciddi ziyan vurub.

DiasporPress.az TASS-a istinadən xəbər verir ki, nümayişlərin başlamasından bir il sonra hökumət dəymiş zərəri 2,5 milyard avro dəyərində qiymətləndirib.

Ötən bir il ərzində nümayişçilərin aqressiv hərəkətlərindən zərər görmüş 5 min istehsalçı və kommersiya müəssisəsi biznesin bağlanmaması üçün dövlətdən kömək istəyib. O cümlədən onlar 460 milyon avro məbləğində sosial sığorta fonduna və digər vergi ödəmələrinin təxirə salınmasını istəyiblər. Son bir ildə sığorta şirkətləri 13 min müəssisəyə 230 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, Fransada “sarı jiletlilər”in aksiyaları 2018-ci il noyabrın 17-də başlayıb. Nümyişlər əvvəlcə avtomobil yanacağının qiymətinin artmasına etiraz olaraq keçirilib. Məhz buna görə də etirazçılar sarı jiletlər geyinirdilər. Təşkilatçıların məlumatına görə, ilk aksiyaya 282 min iştirakçı qatılıb. Hazırda ictimai kampaniyanın iştirakçılarının tələblərinə təkcə sosial-iqtisadi deyil, həm də hökumətə qarşı siyasi iddialar da daxildir.

 

DiasporPress.az