Reanimasiya şöbəsində tezliklə 6000 xəstə olacaq. Son gündəlik məlumata əsasən reanimasiya şöbələrində artıq ağır vəziyyətdə 4406 koronavirus xəstəsi müalicə olunur.
Bu haqda Paris AP-HP Sent Antuan xəstəxanasının infeksiya şöbəsinin rəhbəri yerli televiziya kanalına müsahibəsində bildirib. Şöbə müdiri reanimasiya şöbələrində vəziyyətin kritik olması ilə bağlı həyəcan təbili çalıb. Qeyd edib ki, 2 və ya 3 həftədən sonra vəziyyətin daha da gərgin olacağı artıq hiss edilir. Reanimasiya şöbələrində ötən il virusun birinci dalğasındakı vəziyyət gözlənilir. Artıq Paris xəstəxanası reanimasiya şöbələrinin yeni xəstə qəbul edə bilməsi üçün çarpayıların sayı artırır. Son həftədə xəstəxanalara daxil olan 10 min 881 yeni koronavirus xəstəsindən 2411-i ağır vəziyyətdə reanimasiya şöbələrinə yerləşdirilib.
Bildirilib ki, virusun ən sürətlə yayıldığı vaxt reanimasiya şöbələrində 7000 pasient olub. İndiki vəziyyət reanimasiya şöbələrində pasientlərin sayının tezliklə 6000 olacağını deməyə əsas verir. Üç həftədən sonra xəstəxanalarda vəziyyətin daha kritik olacağı vurğulanıb.
Xatırladaq ki, martın 21-də ölkədə 30 min 581 yeni yoluxma qeydə alınıb. Paris regionunda olan xəstələr digər regionlara transfer edilir.
Diasporpress.az