Dünya

Fransada qarşıdurma – 30 polis yaralandı

Fransada qarşıdurma – 30 polis yaralandıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransız polisi Parisdə baş verən nümayişlərdəki qarşıdurmalar zamanı 34 nəfər aksiya iştirakçısını saxlayıb.

 

Diasporpress.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Jerald Darmanen açıqlama verib.

 

Paytaxtın polis prefekturası “bir neçə yüz” xuliqanın 1 may gününə həsr olunan aksiyalar zamanı nümayişçilərin önündə gedərək dükanların şüşələrini qırdıqlarını, zibil qutularını yandırdıqlarını və kordonda dayanan polislərə müxtəlif əşyalar atmağa başladqlarını bildirib.

Eyni zamanda Fransanın Lion şəhərində nümayişçilər ilə qarşıdurmada 30-a yaxın polis və jandarma zabiti yaralanıb.

 

Fransız polisi Liondakı aqressiv nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Təxminən 200 nəfərlik aqressiv qrupun davranışı səbəbindən hüquq-mühafizə orqanlarının müdaxiləsi tələb edilib.

 

Diasporpress.az