Fransa Senatı ötən gün Azərbaycanın maraqlarına zidd, Qarabağdakı qondarma separatçı rejimi tanımağı hökumətə tövsiyə edən qətnamə qəbul edib. Qətnamə səsverməyə çıxarılarkən, 305 nəfər onun lehinə səs verdiyi halda, yalnız bir nəfər – Natali Gule əleyhinə olub. Senator özünün sosial media hesabında Azərbaycan dilində paylaşım edərək artıq Dağlıq Qarabağı təkcə ürəyi ilə yox, həm də öz gözləri ilə görəcəyini bildirib.
Natali Gule 24 may 1958-ci ildə Fransanın Bulon-Biyankur şəhərində anadan olub. O, Parisdə hüquq təhsili alıb. 2007-ci ildə Orn departamentindən Fransa Senatına üzv seçilib. Senator olduqdan sonra vəkillik kariyerasını sonlandırmağa və tamamilə siyasətlə məşğul olmağa qərar verib.
62 yaşlı senator “Demokratlar və müstəqillər İttifaqı”nın da üzvüdür. Natali Gule həmçinin Xarici İşlər və Müdafiə Qüvvələri Komissiyasının da yer tutur. O, burada sülh və azadlığı müdafiəçisi, həmçinin beynəlxalq diplomatiyanın maraqlarını qoruyan biri kimi çıxış edir, terrorizmə qarşı da mübarizə aparır.
Senator eyni zamanda Yaxın Şərq regionundakı münaqişələrin həllinə və İranla münasibətləri də yaxşılaşmasına da xüsusi diqqət göstərir. O, İranla nüvə danışıqlarını dəstəkləyir. Bununla yanaşı İrandakı müxaliflərin represiyalarını da sərt şəkildə tənqid edir.
Bununla yanaşı, Senatda azərbaycanlı və fələstinli qaçqınların haqlarını da müdafiə edir. Senator Türkiyə və Ərəb ölkələri ilə münasibətləri inkişaf etdirmə cəhdləri ilə də diqqət çəkir.
2014-cü ildə Senatda Cihadçı Maliyyə şəbəkələri üzrə yeni bir komissiya yaradılmasına qərar verib. Fransada şəffaflığı və idarəçiliyin səviyyəsini artırmaq üçün isə Natali Gule 3 iyun 2014-cü il tarixində Senatın sədrliyinə namizədliyini irəli sürüb.