Fransa 25 fevral 2022-ci il tarixli Niyyət Bəyannaməsinə əsasən Azərbaycana 130 minaaxtaran detektor hədiyyə edib.
Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
Bildirilib ki, agentliyin Horadiz regional mərkəzində baş tutan təqdimatda ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov və Fransa səfiri Zakari Qros çıxış ediblər.
V.Süleymanov qurumun fəaliyyətindən danışıb. O deyib ki, səfirlik tərəfindən verilən mina detektorları Azərbaycanda həyata keçirilən mina və partlamamış hərbi sursatların təmizlənməsi fəaliyyətinə və daha təhlükəsiz şəraitin təmin olunmasına töhfə verəcək.
Daha sonra tədbir iştirakçıları mina detektorlarına, Agentliyin təşkil etdiyi mina və partlamamış hərbi sursatlara dair təşkil edilmiş sərgiyə baxış keçiriblər.