İtaliyanın “Fiorentina” komandasının baş məşqçisi Vinçentso Montella istefaya göndərilib.
DiasporPress.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 45 yaşlı italiyalı mütəxəssis uğursuz nəticələr səbəbi ilə postundan uzaqlaşdırılıb.
Rəhbərlik “Fiorentina”nın dünən A Seriyasının sonuncu – XVII turunda evdə “Roma”ya 1:4 hesabı ilə uduzmasından sonra radikal qərar qəbul edib.
Qeyd edək ki, bu ilin aprelindən “Fiorentina”nın sükanı arxasında yer alan Montellanın klubla 30 iyun 2021-ci ilə qədər müqaviləsi vardı. O, 2012 – 2015-ci illərdə də bu komandanın baş məşqçisi olub.
Hazırda hesabında 17 xalı olan “Fiorentina” 14-cü pillədə qərarlaşıb.
DiasporPress.az