Dünən Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzində (İSM) ilin yekunlarına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Fövqəladə Hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, idman tədbirlərində fəal iştirak etmiş, mükafat qazanmış nazirliyin struktur bölmələrinin rəhbərliyi və beynəlxalq miqyaslı tədbirlərdə, o cümlədən, Dünya, Avropa çempionatları və turnirlərdə yüksək nəticələr göstərmiş idmançı-əməkdaşlar iştirak edib.
Əvvəlcə, tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Sonra tədbiri giriş sözü ilə açan FHN-in İdman-sağlamlıq mərkəzinin rəisi polkovnik Füzuli Musayev 2019-cu ildə nazirliyin əməkdaşlarının idman sahəsində qazandıqları uğurlar barədə məlumat verib.
Sonra FHN-in İdman-sağlamlıq mərkəzinin fəaliyyətini əks etdirən film nümayiş olunub.
Daha sonra nazir müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə çıxış edərək, klubun işini yüksək qiymətləndirib, kollektivə uğurlar, idmançı-əməkdaşlara yeni nailiyyətlər arzulayıb.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxış edərək İdman-sağlamlıq mərkəzinin kollektivini il ərzində qazandıqları nailiyyətlərə görə təbrik edib, onlara uğurlar arzulayıblar.
Sonda 2019-cu ilin idman tədbirlərinin yekununa əsasən fəxri yerləri tutmuş qurumlar İSM-nin təsis etdiyi müvafiq dərəcəli diplom və kuboklarla, beynəlxalq miqyaslı yarışlarda nəticələr göstərmiş idmançı-əməkdaşlar isə fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Nazirliyin müvafiq struktur rəhbərliyinə qazanılan yüksək nəticələrə və idmançılara göstərdikləri dəstəyə görə fəxri fərmanlar təqdim edilib.
Tədbirdə mətbuat nümayəndələri də FHN-in il ərzində keçirdiyi idman yarışlarının işıqlandırılmasında göstərdikləri peşəkarlıq və xidmətlərinə görə təltif olunublar.