Gənclər və idman naziri Fərid Qayıbov ABŞ-da yaşayan azərbaycanlı idmançılar Nazim Sadıxov və Elgün Xanoğlanlı ilə görüşüb.
Diasporpress.az xəbər verir ki, nazir görüş zamanı idmançılara dövlət qayğısının günü-gündən artdığını qeyd edib.
F.Qayıbov ölkəmizi dünyada təmsil edən, müxtəlif yarışlarda Azərbaycan bayrağını dalğalandıran idmançılarımızın qazandıqları uğurların davamlı olacağına əminliyini bildirib.
Səmimi qəbula görə təşəkkür edən idmançılar öz fəaliyyətləri barədə ətraflı danışıb, müxtəlif arenalarda şanlı Azərbaycan bayrağını dalğalandırmaqdan qürur duyduqlarını dilə gətiriblər.