İsrail hərbçiləri Qəzza zolağından 20 raketin buraxıldığını qeydə alıb.
“The Times of Israel” xəbər verir ki, raketlərdən 10-u ölkənin hava hücumundan müdafiə sistemləri tərəfindən dəf edilib.
Qalanları isə yaşayış olmayan ərazilərə düşüb.
Ölənlər və dağıntılar barədə məlumat yoxdur.
Məlumata əsasən, raketlər İsrailin cənubuna hədəflənmişdilər.
DiasporPress.az