İkinci Qarabağ Savaşı sırasında Azərbaycana dəstək verən türkiyəli media rəhbərləri və tanınmış şəxslərlə görüşlər davam etdirilir.
Diasporpress.az xəbər verir ki, Azərbaycan Türkiyə Evi (ATEV), “Yeni Çağ” Media Qrupu və Diaspor İnformasiya Mərkəzinin təşkil etdiyi “QARDAŞA TƏŞƏKKÜR” ödülü “Garantialsat” şirkətinin İdarə Heyətinin sədri Fatih Ayala təqdim edilib.
Plaketi Fatih Aya təqdim edən Diaspor İnformasiya Mərkəzinin rəhbəri Toğrul Allahverdili Qarabağ savaşı zamanı Azərbaycana dəstəyinin əsirgəməyən “Garantialsat” şirkətinin İdarə heyətinə təşəkürünü bildirib ve bunun Azərbaycan-Türkiyə qardaşlığından irəli gəldiyini vurğulayıb.
“Garantialsat” şirkətinin İdarə Heyətinin sədri Fatih Ay gördükləri işə dəyər verdyi üçün Toğrul Alllahverdiliyə təşəkkür edib və Qarabağda əldə edilmiş zəəfərin gələcək nəsillər üçün ən böyük miras olduğunu bildirib.
Görüşdə, həmçinin Türkiyə-Azərbaycan münasibətləri və bölgədəki siyasi hadisələr ətrafında fikir mübadiləsi aparılıb.
Diasporpress.az