Ölkə

Etika Akademiyasının Şəki filialı bir yaşını qeyd etdi

Etika Akademiyasının Şəki filialı bir yaşını qeyd etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Etika Akademiyasının Şəki filialı bir yaşını qeyd etdi

Etika Akademiyasının Şəki filialının fəaliyyətə başlamasının bir ili tamam oldu. 2018-ci ildə Mərkəzin açılışı mərasimində iştirak edən Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva Etika Akademiyasının fəaliyyətini yüksək qiymətləndirmişdir. Dövlət başçısı turizm və digər peşə sahələrində yüksək standartlara cavab verən kadrların formalaşdırmasının əsas məsələ olduğunu vurğulamışdı. Bu prinsipi rəhbər tutan Mərkəz ötən bir il ərzində Şəkidə 150 nəfər müəllimə, onlarla iaşə obyekti rəhbərinə və iş adamlarına təlimlər verib. Bundan başqa Etika Akademiyasının təşəbbüsü, JTİ şirkətinin maliyyə dəstəyi ilə ölkədə əhalinin içməli su ilə təminatı sahəsində uğurlu layihə həyata keçirilib. Şəkinin Qozlubulaq kəndinin əhalisi təmiz içməli su bulağı ilə təmin olunub.
Etika Akademiyasının bir yaşının tamam olması münasibəti ilə Şəkidə silsilə tədbirlər reallaşıdırılıb. Rayon icra hakimiyyətinin akt zalında təşkil olunan mərasimdə dövlət strukturunun əməkdaşlarına xüsusi təlimlər keçirilib. Tədbirdə çıxış edən Şəki İcra hakimiyyətinin başçısı Elxan Usubov sağlam cəmiyyətin qurulmasında təhsilin böyük rolu olduğunu vurğuladı. Fərqli konsepsiya ilə başlayan Mərkəzin çox qısa müddətdə sevimli məkana çevrildiyini diqqətə çatdırdı. Etika Akademiyasının rəhbəri Günel İbrahim Mərkəzin əsas prinsipləri və fəaliyyət sahələri haqqında ətraflı məlumat verdi. Şəki İcra hakimiyyətinin başçısına təhsil verdiyi önəmə görə təşəkkür etdi. Sonra etikanın təbliğatında göstərdiyi dəstəyə görə Şəki Şəhər İcra Hakimiyyəti başçısı Elxan Usubov, İcra hakimiyyətinin başçısının müavini Zərinə Cavadovaya təşəkkürnamə və xatirə hədiyyəsi təqdim edildi.
3 günlük səfər çərcivəsində Etika Akademiyasının peşəkar təlimçiləri Şəki şəhər Qarışıq tipli internat məktəbində də oldular. Burada şagirdlərə etiket üzrə masa servisi təlimi keçirildi. VR (virtual reality) texnologiyaları ilə səyahət təşkil edildi.
Növbəti gün Etika Akademiyasının nümayəndə heyyəti turizimin inkişafına dəstək məqsədi ilə Şəkidə yerləşən 5 ulduz otel kompleksində – Marxalda oldular. Yeni il öncəsi Etika Akademiyası tərəfindən otelinin bütün əməkdaşlarına 2 günlük treninqlər verildi.