“Ermənistan Azərbaycana uduzmadı, yalnız siyasi düşüncə infantilizmi səbəbindən bu məğlubiyyəti öz üzərinə götürdü.”
Bu fikirlər, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın Ilur.am saytında dərc olunan məqaləsindəndir. Eks-prezident erməni ordusunun darmadağını ilə nəticələnən müharibədə buraxılan səhvlərdən danışıb və bütün bunlarda baş nazir Nikol Paşinyanı günahkar hesab edib.Ter-Petrosyana görə:”1997-ci ildən bəri, Erməni Milli Hərəkatı istisna olmaqla, Ermənistandakı bütün tərəflər, kompramis həll yolu üçün bütün əlverişli şərtlərdən imtina ediblər.Hakimiyyəti güc yolu ilə ələ keçirən Qarabağ klanı status-kvonun qorunub saxlanması üçün dağıdıcı yol seçdi.Məğlubiyyətdə hamı məsuliyyət daşıyır.Mən bura politoloqları, analitikləri, jurnalistləri, alimləri, universitet müəllimlərini, diasporanın praktik olaraq bütün milli strukturlarındakı liderlərini aid edirəm.Bütün erməni ziyalıları xalqın hazırkı durumuna görə məsuliyyət daşıyır.”
Diasporpress.az