“Hazırda Ermənistanda saxlanılan azərbaycanlı əsirlərə qarşı Cenevrə Konvensiyalarının prinsiplərinə zidd münasibət göstərilir və bunun dayandırılmasını tələb edən danışıqlar davam edir”.
Bunu Ombudsman Səbinə Əliyeva videokonfrans vasitəsilə Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK) təşkil etdiyi “Müharibə zamanı insan hüquqlarının pozulmasının qarşısının alınması və müharibə cinayətlərinə dair faktların toplanmasında insan hüquqları təsisatlarının rolu” mövzusunda onlayn konfransda məruzə ilə çıxış edərkən deyib.
O bildirib ki, Ermənistandan fərqli olaraq Azərbaycanda hərbi əsirlərə qarşı humanist münasibət göstərilir.
Konfransın sonunda Azərbaycanın işğal olunmuş ərazilərində insan hüquqları pozuntularının və müharibə cinayətlərinin araşdırılması üzrə Azərbaycan Ombudsman institutu ilə birgə araşdırma komissiyasının yaradılmasına qərar verilib.
Diasporpress.az