Ermənistanda İlham Əliyevin çıxışını dərc etdirən sayta hücum olub

Ermənistanda “Əliyevin Paşinyana tutarlı cavabı” sərlövhəli məqalə dərc etdirən “Hayeli” (“Ayna”) saytının redaksiyasına hücum olub.

Ermənistanda İlham Əliyevin çıxışını dərc etdirən sayta hücum olubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda “Əliyevin Paşinyana tutarlı cavabı” sərlövhəli məqalə dərc etdirən “Hayeli” (“Ayna”) saytının redaksiyasına hücum olub.

“Facebook”da bir qrup erməni gənci tərəfindən başlanılan aksiya redaksiyaya hücum edib, onu yumurta atəşinə tutmaqla, divarlara müxtəlif plakatlar vurmaqla davam edib. Aksiya iştirakçıları redaksiyanın əsas simalarını taparaq cəzalandırmağa çalışıblar.

Hücumu həyata keçirən gənclər deyib ki, söz azadlığı o demək deyil ki, KİV nə istəyir yaza bilər. Onların sözlərinə görə, Azərbaycanın təbliğatı ilə məşğul olanlar xəyanətkarlardır.

Qeyd edək ki, sayta bu yaxınlarda Nikol Paşinyanın tərəfdarlarının parlamentdə istefasına səs verdikləri Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmasyanın jurnalist bacısı Anjela Tovmasyan rəhbərlik edir.

Tovmasyan hökumətdən bu məqaləyə və qardaşının mövqeyinə görə təqiblərə son qoyulmasını tələb edib.

 

DiasporPress.az