Dünya

Ermənistanda dörd nəfər qazdan zəhərlənərək öldü

Ermənistanın Lori rayonunun Alaverdi şəhərində yerləşən mənzillərin birində dörd nəfərin, o cümlədən iki yeniyetmənin meyiti tapılıb.

Ermənistanda dörd nəfər qazdan zəhərlənərək öldübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Lori rayonunun Alaverdi şəhərində yerləşən mənzillərin birində dörd nəfərin, o cümlədən iki yeniyetmənin meyiti tapılıb.

Ermənistan İstintaq Komitəsi bildirib ki, ölən şəxslər bir ailənin üzvü olub.

Dekabrın 25-də Alaverdi şəhərinin tibb mərkəzindən mənzillərin birində dörd nəfərin öldüyü barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb edilən istintaq-əməliyyat qrupu 2002 və 2004-cü il təvəllüdlü yeniyetmələrin və onların valideynlərinin meyitlərini tapıb.

Hadisə yerinə baxış keçirən polis qaz sobasının işlədiyini qazsiqnalizatorun isə dövrəyə qoşulmadığını aşkarlayıb.

Baş verən hadisə ilə bağlı cinayət işi açılıb.

 

DiasporPress.az