Dünya

Ermənistan prezidentinin xəstəxanaya yerləşdirilməsi rəsmən təsdiqləndi – YENİLƏNİB

Ermənistan prezidentinin xəstəxanaya yerləşdirilməsi rəsmən təsdiqləndi – YENİLƏNİBbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Ermənistan prezidentinin mətbuat xidməti Armen Sarkisyanın xəstəxanaya yerləşdirilməsi xəbərini təsdiq edib.

TASS xəbər verir ki, koronavirusla bağlı onun səhhətində problemlərin yarandığı qeyd olunur.

“Koronavirusla bağlı prezidentin səhhətində ağırlaşma halları yaranıb. Hazırda o, “Asthik” tibb mərkəzində müəyinə olunur”, – deyə mətbuat xidmətindən bildirilib.

18:11

Ermənistan prezidenti Armen Sarkisyan xəstəxanaya yerləşdirilib.

“İnterfaks” ölkənin “Qraparak” nəşrinə istinadən məlumat verir ki, dövlət başçısının ürəyində problemlər yaranıb.

“Prezidentin ürəklə bağlı problemləri yaranıb. O, “Asthik” tibb mərkəzinə yerləşdirilib. Hazırda onun ürəyində stend qoyulması üzrə əməliyyat icra olunur”, – deyə qəzet yazır.

Prezidentin mətbuat xidməti məsələ ilə bağlı heç bir şərh verməyib.

Adıçəkilən tibb mərkəzi də faktı təsdiqləməkdən imtina edib.

 

 

Diasporpress.az