Dünya

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru danışılmış oyunlarda ittiham edilir

Ermənistan Futbol Federasiyasının prezidenti, ölkənin Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan 2018-ci ilin mayından 2019-cu ilin sentyabrınadək ölkə çempionatındakı danışılmış oyunlarda ittiham olunur.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru danışılmış oyunlarda ittiham edilirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Futbol Federasiyasının prezidenti, ölkənin Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan 2018-ci ilin mayından 2019-cu ilin sentyabrınadək ölkə çempionatındakı danışılmış oyunlarda ittiham olunur.

DiasporPress.az “Rusarminfo”ya istinadən xəbər verir ki, bunu Ermənistan Futbol Federasiyasının İcraiyyə Komitəsinin üzvü və parlamentindəki hakim “Mənim addımım” fraksiyasının deputatı Aren Mkrtçyan bildirib.

Onun sözlərinə görə, Ermənistanın Milli Təhlükəsizlik Xidməti danışılmış oyunların sxemini açıb: “100 milyonlarla dramdan sui-istifadə hallarının olduğu danışılmış oyunların üstü açılmamışdı. Artur Vanetsyan Milli Təhlükəsizlik Xidmətinin direktoru olub. Həmin qurum bugünlərdə son 1,5 ildə üstü açılmayan danışılmış oyunların böyük sxemini aşkarlayıb”.

Deputat bildirib ki, AVRO-2020-nin seçmə mərhələ oyununda Ermənistan yığma komandasının İtaliyaya 1:9 hesabı ilə uduzmasına heç bir izahat və bəraət yoxdur: “Məğlubiyyətdə hamı günahkardır. Lakin başlıca məsuliyyəti Futbol Federasiyasının prezidenti daşıyır. Federasiya açıqlama verməlidir. Hələlik bizim gündəliyimizdə federasiyanın prezidentinin istefası yoxdur”.

Mkrtçyanın sözlərinə görə, Abraham Xaşmanyan millinin baş məşqçisi təyin edilən zaman qanun pozuntusuna yol verilib. AFF-in İcraiyyə Komitəsi komandanın başsız qalmaması üçün onun təyinatını təsdiqləməyə məcbur olub.

Qeyd edək ki, federasiyanın mətbuat xidməti Abraham Xaşmanyanın baş məşqçi vəzifəsinə təyinatını noyabrın 6-da açıqlayıb. Daha sonra AFF-in İcraiyyə Komitəsinin üzvü Arsen Torosyan baş məşqçi təyinatı zaman qanun pozuntusuna yol verildiyini bildirib. Lakin qanun pozuntusunun texniki xarakter daşıdığı açıqlanıb. FFA-nın nizamnaməsinə məşqçi təyin etməyə icazə verən dəyişikliklərin vaxtında dövlət reyestrinə daxil edilmədiyi bildirilib.

 

DiasporPress.az