Diaspor

Ermənilərin dini və mədəni abidələrə qarşı törətdikləri vandallıqla bağlı məqalə dərc edilib

Ermənilərin dini və mədəni abidələrə qarşı törətdikləri vandallıqla bağlı məqalə dərc edilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Niderland Krallığında fəaliyyət göstərən “Niderlandda Azərbaycan Evi”nin rəhbəri Elxan Mirhəşimlinin ermənilərin Azərbaycan torpaqlarındakı dini və mədəni abidələrə qarşı törətdikləri vandallıq aktlarından bəhs edən məqaləsi https://republic-underground.com xəbər portalında dərc edilib.
Müəllif yazıb ki, 1966-cı ildə Zəngəzurun Qubadlı rayonundakı ucqar dağ kəndi olan Göyər Abbas kəndində doğulub. Bildirib ki, 70-80-ci illərdə ermənilər istirahət etmək üçün tez-tez həmin kəndə gələrdilər və adətən qədim alban kilsəsinin və qəbiristanlığın yaxınlığında yerləşərdilər. “Uşaqlıqda biz onların alban kilsəsini tədricən necə dağıtdıqlarını müşahidə edirdik. Mən şəxsən erməni qonaqların divarlara həkk olunmuş alban yazılarını sildiklərinin, kilsənin divarlarındakı xaçları çıxardıqlarının və sındırdıqlarının şahidi olmuşam. Onlar xaçları və yazılar olan kiçik daşları Ermənistana daşıyırdılar. Biz bunun səbəbini soruşanda qızıl axtardıqlarını deyirdilər”, – deyə E.Mirhəşimli xatırladıb.
Məqalədə ermənilərin işğal etdikləri ərazilərdə, o cümlədən Qubadlı rayonu ərazisində törətdikləri vəhşiliklərdən, İmamzadə ziyarətgahının və qəbiristanlıqların, o cümlədən qədim alban dini abidələrinin vandallıqla dağıdılması barədə ətraflı məlumat verilib. “Beynəlxalq təşkilatlar susanda, ermənilər cəzasız olaraq bu vandallığı, mədəni soyqırımı həyat keçiriblər. Beynəlxalq təşkilatlar öz susqunluqları ilə ermənilərin bizə qarşı törətdikləri cinayətlərə şərik olublar”, – deyə müəllif təəssüflə əlavə edib.
Müəllif beynəlxalq ictimaiyyəti ikili standartlardan əl çəkməyə və bu cinayətlərdə təqsiri olanların cəzalandırılmasına çağırış edib.
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://republic-underground.com/letter-from-elkhan-mirhashimli-on-azerbaijans-destroyed-graveyards/

 

Diasporpress.az